2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda verilmiş biznes kreditləri 11 milyard 108 milyon manat, istehlak kreditlərinin həcmi 6 milyard 72.3 milyon manat, ipoteka kreditlərinin həcmi isə 3 milyard 99.3 milyon manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-aprel ayı ilə müqayisədə biznes kreditlərinin həcmi 7.5%, istehlak kreditlərini həcmi 22.9%, ipoteka kreditlərinin həcmi isə 24.4% artıb.
Qeyd edək ki, 2022-ci yanvar-aprel aylarında verilimiş biznes kreditlərinin həcmi 10 milyard 328.3 milyon manat, istehlak kreditlərinin həcmi 4 mlrd. 940.6 mln. manat, ipoteka kreditlərinin həcmi isə 2 mlrd. 571.5 mln. manata bərabər idi.
Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9%bəndi azalaraq 2.8% təşkil edib.