BİZNES

22 May

Bu il Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Azərbaycanda bu ilin yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd və 726,5 milyon ədəd yumurta istehsal edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1%, süd istehsalı 1,8% və yumurta istehsalı 13% artıb.