Azərbaycan Mərkəzi Bankının (AMB) notlarının investor bazası genişləndirildikdən sonra keçirilmiş not hərraclarında 10-a yaxın bank olmayan hüquqi şəxsin iştirakı qeydə alınıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Əli Əhmədov bildirib.
Ə.Əhmədov qeyd edib ki, təxminən 1 aydır ki, qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərinə AMB-nin notlarına investisiya qoymaq imkanı yaradılıb:
"Yeni konfiqurasiyada not hərraclarının keçirilməsindən cəmi 1 ay keçməsinə baxmayaraq, bu dövr ərzində hərraclarda yerləşdirilmiş vəsaitlərin 11 %-i qeyri-bank təşkilatlarının payına düşüb. Hər növbəti hərracda yeni iştirakçıların iştirakı müşahidə edilir və bu tendensiyanın növbəti dövrlərdə də davam edəcəyini güman edirik".