Azərbaycanda 2023-cü ilin ilk rübündə istehlak tələbinə kredit qoyuluşları da təsir göstərib.
Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı"na istinadən xəbər verir.
Məlumata görə, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 2023-cü ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə nəzərən 27.2% artıb və 11.8 mlrd. manata çatıb.