BİZNES

22 May

Geyim istehsalı 23% azalıb

Azərbaycanda bu ilin yanvar-aprel aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 177,1 milyon manat dəyərində məhsul istehsal edilibdir.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 3,5%, toxuculuq sənayesində 40,5% artım, geyim istehsalında 23,2% azalma müşahidə olunubdur