BİZNES

19 May

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 55% artıb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 387 milyon 220.4 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 55.3% çoxdur.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Rusiyadan Azərbaycana idxalın həcmi 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 49.4% artaraq 1 milyard 37.7 milyon dollara bərabər olub. Eyni dövrdə Azərbaycandan Rusiyaya ixracın həcmi isə 75.7% artaraq 349 milyon 476.34 min dollar təşkil edib.

Qeyd edək ki, Rusiya Azərbaycanın ən çox mal idxal etdiyi ölkələr siyahısında 1-ci yerdədir.