Azərbaycan bu ilin yanvar-aprel aylarında 3,5 milyon dollarlıq 7,8 min ton kartof ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 65,1%, miqdar ifadəsində isə 70,9% çoxdur.
Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,29%-ni təşkil edib.