Azərbaycanla Türkiyə arasında bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 2,5 milyard dollar dəyərində olub.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 630 milyon dollar və ya 32,2% çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 758,1 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycanın Türkiyəyə ixracı isə 1,8 milyard dollar dəyərində olub.
Əlavə edək ki, bununla Türkiyə Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşı olub.