Bu ilin yanvar-aprel aylarında Azərbaycan 32 824,54 min ABŞ dolları dəyərində 33 687,28 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 31,9%, həcmi isə 36,2% azalıb.
Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 2,76% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb. Ötün il qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.