2023-cü ilin yanvar-mart aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23,2% artaraq 290,6 milyon manat olub.
Bu barədə Fins.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Qeyd edək ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 166,7 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57,4%-ni təşkil edib.