BİZNES

17 May

Orxan Məmmədov KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorları AÇIQLADI

Kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır.

Fins.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") çıxış edərkən bildirib.

O.Məmmədov qeyd edib ki, sərgilərin kiçik və orta bizneslərin (KOB) satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmlidir:

“KOBİA da bu sektorlarda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. Dövlət-özəl əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr qarşıdakı illərdə aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək”.

Fuad Mədətov
Fins.az