BİZNES

17 May

Qida sahəsində yeni işgüzar əlaqələr qurulur - Qoşqar Təhməzli

Dövlət tərəfindən həyata keçirilən tədbirlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsində, kənd təsərrüfatı və qida məhsullarının ixrac potensialının artırılmasında mühüm rol oynayıb.

Fins.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") çıxış edərkən bildirib.

Sədr qeyd edib ki, bu beynəlxalq tədbirdə kənd təsərrüfatı və qida sahəsində məhsul və xidmətlərin nümayiş etdirilməsi yeni işgüzar əlaqələrin qurulmasına və genişləndirilməsinə imkan verəcək.

Fuad Mədətov
Fins.az