2023-cü ilin birinci rübündə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən rübə nəzərən 8% azalaraq 6.8 mlrd. ABŞ dolları ekvivalentində olub.
Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Qeyd edək ki, nağdsız valyuta əməliyyatlarının 80.6%-i ABŞ dollarında, 19.4%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 21.3%-i banklararası valyuta bazarında (BVB), 78.7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.