BİZNES

16 May

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda real ÜDM-in artımını yenidən 2,5% proqnozlaşdırıb.

Fins.az xəbər verir ki, bu barədə AYİB-in yaydığı hesabatda bildirilib. Bank həmçinin 2024-cü il üzrə müəyyən etdiyi 2,7%-lik iqtisadi artım proqnozunu dəyişməyib. Başqa sözlə, AYİB bu ilin fevral proqnozuna hər hansı dəyişiklik etməyib.

Qeyd edək ki, AYİB 2022-ci il üzrə Azərbaycanda iqtisadi artımı 4,6% müəyyən etmişdi. Bank hesab edir ki, iqtisadi artımla bağlı proqnozun ötən ildən az olması, yəni iqtisadi artıma əsas risklər davamlı inflyasiya və əmtəə asılılığı ilə bağlıdır.