BİZNES

15 May

Azərbaycanla Almaniyanın ticarət dövriyyəsi 88% artıb

Azərbaycanla Almaniya arasında bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsi 461.2 milyon dollara çatıb. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 88.2% və ya 216.2 milyon dollar çoxdur.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycanın Almaniyaya ixracı 259,6 milyon dollar dəyərində olub.

Hesabat dövründə Azərbaycan bu ölkədən 201.6 milyon dollarlıq məhsul idxal edib.