Azərbaycan bu ilin yanvar-mart aylarında 20,4 milyon dollar dəyərində qəhvə idxal edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin qəhvə idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon dollar artıb.
Əlavə edək ki, bu dövrdə qəhvə idxalı Azərbaycanın ümumi idxalının 0,51%-ni təşkil edib.