Azərbaycan bu ilin yanvar-mart aylarında 43,3 milyon dollar dəyərində pambıq ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 49,8% azalıb.
Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,56%-ni təşkil edib.
Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 86,5 milyon dollar təşkil edib.