BİZNES

15 May

Azərbaycanda istehsal edilən istilik elektrik enerjisinin həcmi AÇIQLANIB

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları (İES) üzrə 9 milyard 266,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

Onun sözlərinə görə, bu müddət ərzində ölkədə su da daxil olmaqla bərpa olunan mənbələr üzrə isə 586 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.