BİZNES

12 May

Azərbaycanda ÜDM cüzi artıb

2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39986,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,9% azalıb, qeyri neft-qaz sektorunda isə 3,1% artıb.
Qeyd edək ki, ÜDM istehsalının 46,8%-i sənaye, 8,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,5%-i nəqliyyat və anbar təsərrüfatı, 4,6%-i tikinti, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrinin, 17,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ini təşkil edib.

Xatırladaq ki, əhalinin hər nəfərinə düşən ÜDM 3945,5 manata bərabər olub.