BİZNES

08 May

Tanınmış menecer «AzeSteelCompany» ASC-yə sədr təyin edilib

Azərbaycanın iri sənaye müəssisələrindən olan «AzeSteelCompany» ASC-nin idarə heyətinə yeni sədr təyin edilib.

Fins.az xəbər verir ki, «Azesteel Company» ASC-nin Səhmdarlarının ümumi yığıncağının qərarına əsasən Nəvahid İsmayıl oğlu Abdullayev «Azesteel Company» ASC-nin idarə heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Nəvahid Abdullayev Azərbaycanda biznes proseslərinin quruması üzrə tanınmış mütəxəssisdir.

1982-ci ildə Bakıda anadan olmuş N.Abdullayev, biznesin idarə olunması ixtisası üzrə ali təhsil alıb.

O istehsaldan son istehsala qədər olan biznes prosseslərin qurulması  məsələləri üzrə ekspert kimi tanınır. İndiyədək Sumqayıt Texnologiyalar Parkı (STP) , «Unimetal», «Grass», «Balacans Konserv zavod» və «Aqrovest» şirkətlərində rəhbər vəzifələrdən çalışıb.

Bu təyinata qədər isə Nəvahid Abdullayev metal məmulatlarının istehsalı ilə məşğul olan bir neçə iri istehsalat müəssələrində rəhbər vəzifələrdə çalışıb. Son iş yeri  bir neçə beynəlxalq şirkətin Azərbaycanda metal məhsullarının topdan satışı ilə məşğul olan «Bığır Supply Company» MMC-də director vəzifəsi olub.

Nəvahid Abdullayev xarici ölkələrdə də mütəxəssis kimi tanınır və iş təcrübəsinə malikdir. O 4 il Qətərin paytaxtı Dohada, 4 il isə Hindistanın paytaxtı Dehlidə dövlət qurumlarında çalışıb.

Ailəlidir, üç övladı var. İngilis və rus dillərində sərbəst danışır.