BİZNES

05 May

İqtisadiyyat Nazirliyində görüş keçirilib - FOTO

Macarıstanla iqtisadi tərəfdaşlığın gücləndirilməsi, sənaye, energetika, əczaçılıq, nəqliyyat, bank və digər sahələrdə əməkdaşlıq imkanları, həmçinin ticarət əlaqələrinin təşviqi istiqamətində müzakirələr aparılıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rolu vurğulanıb.

Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış biznes mühiti barədə məlumat verən iqtisadiyyat naziri Macarıstan şirkətlərini ölkəmizin əlverişli biznes mühitindən yararlanmağa dəvət edib.

Marton Nad Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Qeyd edilib ki, səfər çərçivəsində macar şirkətlərinin yerli tərəfdaşlarla müvafiq görüşlərinin keçirilməsi iki ölkənin iş adamları arasında işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyətli olacaqdır.

Görüş zamanı macar şirkətlərinin təqdimatı keçirildi.