BİZNES

05 May

2022-ci ildə Türkiyədə 21,6 milyon ton çiy süd istehsal edilib

Türkiyə Statistika Təşkilatı 2022-ci il üçün çiy süd istehsalı statistikasını açıqlayıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Türkiyədə istehsal olunan çiy südün miqdarı keçən il illik bazda 7,1% azalaraq 21 milyon 563 min 492 ton olub.

Ötən il istehsal olunan çiy südün 92,3 %-ni inək südü, 4,9 %-ni qoyun, 2,5 %-ni keçi, 0,2 %-ni camış südü təşkil edib.

Zəminə Hüseyn
Fins.az