BİZNES

05 May

Azərbaycanda dənizlə yük daşınması artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dənizlə 1 824,3 min ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.

Hesabat dövründə yüklərin 56,4%-ni neft təşkil edib. Dəniz limanları 2 640,4 min ton yükləmə-boşaltma işi həyata keçirib, bunun 2 157,1 min tonu və yaxud 81,7%-i tranzit yüklər olub.

Bu il aprelin 1-nə limanlarda 80,9 min ton yük olub.

Leyla Fikrətqızı
Fins.az