Bu ilin yanvar-mart aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 52,5 milyon ton yük daşıyıb.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.
Yüklərin 3,5%-i dəniz, 8,5%-i dəmir yolu, 0,1%-i hava, 54%-i avtomobil nəqliyyatı, 33,9%-i isə boru kəməri ilə daşınıb.
Zəminə Hüseyn
Fins.az