Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə bu günə kimi 2 milyon 405 min ton yük daşınıb.
Fins.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Asiyada məhsulların Avropaya çatdırılma müddətini 15 günə endirən dəmir yolu xətti istifadəyə verildiyi gündən bu yana 2 milyon 405 min ton yük daşıyıb.
"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə Londondan yola düşən bir dəmir yolu yükü Pekinə qədər çata biləcək hala gəlib, dəmir yolu qitələrarası baxımdan fasiləsiz olub.", - deyə Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan bildirib.
Onu da, əlavə edib ki, təkcə bu dəmir yolu xətti ilə 2022-ci ildə 691 min ton yük daşınıb.
Zəminə Hüseyn
Fins.az