BİZNES

01 May

250 nəfərdən çox yerli və xarici şirkət nümayəndələri Azərbaycanda SƏTƏM sahəsinin peşəkarlarıyla bir arada

Aprelin 29-da “Baku Marriott Hotel Boulevard”da RMP birliyi tərəfindən keçirilən 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş 2-ci İllik SƏTƏM Konfransı uğurlu göstəriciləri ilə iştirak edən qonaqların yaddaşlarında qaldı.

250 nəfərdən çox yerli və xarici şirkət nümayəndələrinin iştirak etdiyi bu beynəlxalq səviyyəli tədbir Azərbaycanda SƏTƏM sahəsinin peşəkarlarını bir araya gətirdi.

Konfrans Beynəlxalq təşkilatlar (UNDP, IOSH, DNV), Dövlət orqanları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR), SƏTƏM Mütəxəssisləri (BP, North West, AITT) və Mükafatlar adlı 4 Paneldən ibarət olaraq keçirildi.

SƏTƏM, keyfiyyət və biznesin digər sahələrində gündəmə gələn çətinliklərin həll yollarının araşdırılması, aktual məsələlərin müzakirəyə çıxardılması və ən yaxşı təcrübələrin paylaşılması ilə yanaşı müvafiq Panellər üzrə verilən sualların cavablandırılması şəklində qonaqların marağına səbəb oldu.

Konfransın təşkilati dəstəyində xüsusi olaraq “TCS”, “DNV”, “North West”, “SOCARCAPE”, “Azerconnect” və “Baku Business Consulting” şirkətlərinə dərin təşəkkürlərimizi bildiririk.

Qeyd edək ki, konfrans Beynəlxalq Əmək Təşkilatının təsis etdiyi 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunub.

RMP birliyi Azərbaycanda bu kimi iri həcmli tədbirlərin keçirilmə səbəbini sağlamlıq, təhlükəsizlik və ekoloji risklərin idarə olunmasına dəstək olaraq açıqlanıb.