BİZNES

28 Aprel

Xarkov-Bakı Tikinti Forumunun keçiləcək

Ukrayna-Rusiya müharibəsindən ən çox ziyan çəkən şəhərlərdən biri Xarkovdur. Ukrayna hökümətinin qərarı ilə Xarkov qəhrəman şəhər statusu verilib. Eyni zamanda şəhərin tarixi əhəmiyyəti nəzərə alınaraq şəhərin tarixi görkəminin bərpası üçün işlərə start verilib. Yaxın zamanlarda Xarkov şəhərinin yeni baş planının təsdiq ediləcəyi gözlənilir.

Fins.az xəbər verir ki, Xarkov şəhər adminstrasiyası şəhərin yenidən qurulmasında dost ölkələrlə əməkdaşlıq etməkdə maraqlıdır. Eyni zamanda Azərbaycan şirkətləri ayrı-ayrılıqda Xarkov şəhərinin bərpası layihələri ilə maraqlanıblar. Hər iki tərəfin marağını nəzərə alaraq Xarkov şəhər meriyası, Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulluğu və "Azərbaycan Tikinti İstehsalçıları Assosasiyası"nın təşkilatçılığı ilə  11 may Bakı vaxtı ilə saat 12.00-da onlayn Xarkov-Bakı Tikinti Forumunun keçiləcək.

Onlayn forumda Xarkov şəhərinin meri İqor Terexov, tikinti və yenidən qurma sahəsində məsul olan şəxslər iştirak edəcəklər. Online konfrans zamanı Azərbaycanlı iş adamlarına tikinti sahəsində görüləcək işlər barədə məlumat veriləcək.

Eyni zamanda layihələrin reallaşdırılması üçün tələb edilən hüquqi prosedurlar, stimullaşdırıcı tədbirlər barədə danışılacaq.

Forumda iştirak etmək istəyən şirkətlər "Azərbaycan Tikinti İstehsalçıları Assosasiyası"nda qeydiyyatdan keçməyə dəvət edilir.