BİZNES

28 Aprel

Azərbaycanın mart ayında qızıl ixracından gəlirləri artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 25,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 16,8% azdır.

Bu barədə Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 30,9 mln. dollar təşkil edib.

Məlumata görə, bu ilin mart ayında Azərbaycan 10,6 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 1,9% çoxdur.