Dövlət Taxıl Fondunda saxlanılan taxılın hansı qiymətə satılacağı açıqlanıb.
Fins.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb. Qərara əsasən, Fonddan taxılın istifadə üçün buraxılması (satılması) taxılın bazar qiymətinə əsasən həyata keçirilir.
Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturası nəzərə alınmaqla saxlanılmasına cəhd ediləcək.