Birinci rübdə Azərbaycandan 5831,5 ton nar ixrac olunub.
Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan nar ixracı 4,1 dəfə artıb.
Yanvar-mart aylarında ixrac olunan nar meyvəsinin ümumi dəyəri 7,59 milyon ABŞ dolları təşkil edib.
Birinci rübdə nar ixracından gələn gəlir valyuta dəyərində 3,5 dəfə artıb.