Azərbaycanla Türkiyə arasında yanvar-mart aylarında ticarət dövriyyəsi 1,6 milyard dollar dəyərində olub.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 178 milyon dollar və ya 12,3% çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 563,8 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycanın Türkiyəyə ixracı isə 1 milyard dollar dəyərində olub.
Əlavə edək ki, bununla Türkiyə Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşı olub.