2022-ci ildə ölkədə 3984,1 min ton və ya əvvəlki illə müqayisədə 5,4% çox tullantı əmələ gəlmiş və onların 66,7%-ni bərk məişət tullantıları, 33,3%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il yaranmış 2658,3 min ton bərk məişət tullantılarının 78,3%-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 21,2%-i enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,5%-i ölkə daxilində satılıb.
Qeyd edək ki, məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt saat və ya 2021-ci illə müqayisədə 6,3% çox elektrik enerjisi istehsal edilib.