BİZNES

19 Aprel

İqtisadiyyata kredit qoyuluşlarının həcmi 2.5 mlrd. manatdan çox artıb

2023-cü ilin aprelin 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 20 038,6 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 14.3% və ya 2 mlrd. 510 mln. manat artıb. 2022-ci ilin aprel ayının 1-nə kredit qoyuluşlarının həcmi 17 mlrd. 528.2 mln. manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə bankların kredit qoyuluşu mart ayının 1-i ilə müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 2,3 % artıb.