Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 824,3 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28% artıb.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, daşınmış yüklərin 56,4 %-i neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 2640,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 2157,1 min tonunu və ya 81,7%-i tranzit yüklər təşkil edib.
“2023-cü il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 80,9 min ton olub”, - məlumatda qeyd olunub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 80,8% artaraq 4,7 min nəfər olub.