BİZNES

18 Aprel

Azərbaycanın neft-qaz sektoruna sərmayələr kəskin artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 271,4 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 27,4% çoxdur.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 998,2 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.