BİZNES

17 Aprel

Kənd təsərrüfatı heyvanlarının sığorta bazarı 3 dəfə kiçilib

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 397.1 min manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin ilk 3 ayı ilə müqayisədə 3.1 dəfə və ya 835.8 min manat azdır. 2022-ci ilin müvafiq dövründə Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 1 milyon 232.9 min manata bərabər olub.

Hesabat dövründə bu sığorta növü üzrə ödənişlərinin həcmi 305.6 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 dəfə və ya 157 min manat çoxdur. 2022-ci ilin ilk 3 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 148.6 min manata bərabər olub.

Sığorta yığımlarının 3 dəfə azalıb, ödənişlərinin isə 2 dəfə artması bu sığorta növü üzrə zərərliliyi 6.4 dəfə artırıb. Belə ki, ötən ilin ilk 3 ayında “Aqrar Sığorta” bu sığorta növü üzrə topladığı hər 100 manatdan 12 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 3 ayında bu rəqəm 77 manat təşkil edib.