Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 18 milyard 479,9 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% çoxdur.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14,4% artaraq 1 824 manata çatıb.