Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mln. 544 min 970 manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% çoxdur.
Fins.az DGK-nın yaydığı hesabata istinadən xəbər verir ki, ötən cari ildə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21% artaraq 366081,9 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 26,2% artaraq 1 mln. 120 min 934,3 manata bərabər olub. Aksizlər üzrə cari ilin müvafiq dövründə daxilolmalar 50,7% artaraq 43 min 988,4 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 13 min 965,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 15,1% çoxdur.