Bu il aprelin 1-nə Azərbaycanda 1 430 739 vergi ödəyicisi uçotda olub.
Bu barədə Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5,1 % çoxdur.
Vergi ödəyicilərinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fiziki şəxslərin sayı 4,5%, hüquqi şəxslərin sayı isə 9,9% artıb.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,5%-i məhdud məsuliyyətli cəmiyyət, 1,3%-i səhmdar cəmiyyəti, 1,1%-i kooperativ və s. formalarda yaradılıb. İndiyə qədər 164 645 kommersiya qurumu, 20 937 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.