BİZNES

11 Aprel

BFB Amerika Ticarət Palatasının təşkil etdiyi tədbirdə mütəşəkkil kapital bazarının imkanları haqqında çıxış edib

Aprelin 11-də Azərbaycanda Amerika Ticarət Palatasının Bank, Maliyyə və Sığorta komitəsinin “Amcham Banking, Finance and Insurance Committee” təşkilatçılığı ilə “Kapital bazarları: Azərbaycanda investisiya xidmətləri və imkanları” mövzusunda tədbir baş tutub.

Fins.az xəbər verir ki, tədbirdə Bakı Fond Birjasının əməkdaşları Azərbaycanda mütəşəkkil kapital bazarı, investisiya imkanları və yerli bazar alətləri haqqında təqdimatla çıxış edib.