BİZNES

07 Aprel

İqtisadiyyat Nazirliyində görüş keçirilib - FOTO

“Airbus” şirkətinin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirə aparılıb, ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar diqqətə çatdırılıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov “Airbus” şirkətinin icraçı vitse-prezidenti və Avropa üzrə prezidenti Vouter Van Vörş ilə görüşüb.

Görüşdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar, biznes və investisiya mühiti barədə məlumat verilib, əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirə aparılıb. Ölkəmizin təyyarə parkının yenilənməsi çərçivəsində Azərbaycan Hava Yolları (AZAL) QSC ilə “Airbus” şirkəti arasında imzalanan müqavilənin əhəmiyyəti vurğulanıb, “Airbus”la əməkdaşlıq çərçivəsində alınacaq yeni təyyarələrin milli aviadaşıyıcımızın səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa, sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verəcəyi qeyd edilib.