BİZNES

07 Aprel

BTC boru kəməri ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılır - Pərviz Şahbazov

Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasında Azərbaycan energetika naziri Pərviz Şahbazov çıxış edib.

Fins.az xəbər verir ki, nazir bu ay Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırıldığını söyləyib.

P.Şahbazov bildirib ki, Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ölkələrimiz arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə Hökumətlərarası Komissiya vasitəsilə töhfələrimizi və yeni əməkdaşlıq imkanlarını müzakirə etdik.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarindir.

Fuad Mədətov
Fins.az