BİZNES

07 Aprel

Qazaxıstan Azərbaycan ilə iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsində maraqlıdır

Bu gün Bakıda  Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçiriləcək.

Fins.az xəbər verir ki, Bakıda səfərdə olan Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev bildirib mətbuat açıqlamasında ki, Qazaxıstan Azərbaycan ilə iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsində, qarşılıqlı sərmayə yatırılmasında, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında maraqlıdır.

Nazir müavini onu da vurğulayıb ki, iclasda təqdim olunacaq proqramların və iqtisadi layihələrin birgə həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

İclasın sonunda həmsədrlərin mətbuata çıxışı nəzərdə tutulur.

Fuad Mədətov
Fins.az