BİZNES

06 Aprel

Qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı və idxalı artıb

Qarşılıqlı xidmətlər dövriyyəsinin 42.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi dəyəri 6 milyard dollar olan nəqliyyat xidmətlərinin 68.7%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 4.1 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.9 milyard dollar təşkil edib.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilə nəzərən 2.5%, idxalı isə 19.6% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ildə 2.7 dəfə artaraq 2.2 milyard dollara yüksəlib.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2021-ci ildə 0.8 milyard dollar olub.

Fuad Mədətov
Fins.az