BİZNES

27 Mart

Gürcüstan Azərbaycandan 159 mln. dollarlıq mal idxal edib

Azərbaycan ilə Gürcüstan arasında ötən 2 ayda ticarət dövriyyəsi 172 milyon dollar təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 3,4 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 158,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 13,4 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi 175,4 milyon dollar təşkil edib.