BİZNES

27 Mart

Azərbaycanla Hindistanın ticarət dövriyyəsi 2 dəfə artıb

Azərbaycanla Hindistan arasında bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi 241,3 milyon dollar dəyərində olub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 115 milyon dollar və ya 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 38,2 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 203,1 milyon dollar dəyərində olub.

Əlavə edək ki, 2022-ci ilin dövründə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin dəyəri 126,3 milyon dollar təşkil edib.