BİZNES

14 Mart

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə görüş keçirilib

Martın 13-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələrinin iştirakı ilə Bakı Fond Birjasının inzibati binasında görüş keçirilib.
 
BFB-dən Fins.az-a verilən məlumata görə, görüş zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə ölkə strategiyası və ölkədəki iqtisadi vəziyyətlə bağlı yenilənmiş məlumatların əldə edilməsi, mütəşəkkil kapital bazarında aktiv iştirakı, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.