BİZNES

14 Mart

Bəzi rəhbərlər mühasibləri özlərindən asılı hala salmaq istəyirlər

“Elə məqamlar var ki, bəzi rəhbərlər mühasibi qanunsuzluğa təhrik edirlər. Çox hallarda rəhbərlik mühasibin bu işini düzgün hesab edir. Bəziləri cəmiyyət üçün problemlər yaradır.”

Fins.az-ın məlumatına görə, bunu ötən gün Bakıda “Rəqəmlərin ritmi” şüarı ilə 500 nəfərin iştirakı ilə keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi" Forumunda Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev deyib. O, "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib" mövzusunda çıxış edərək, rəhbər-mühasib münasibətlərindən danışıb.

“Etiraf edək ki, qeyri-peşəkar mühasiblər də az deyil. Bizim bu qeyri-peşəkarlığımız rəhbərlərdən asılı vəziyyətə düşməyimizi səbəb olur. Rəhbərlər mühasibləri özlərindən asılı hala salmaq istəyirlər. Mühasiblər bu hallara düşməməlidirlər. Vergi inzibatçılığı məsələlərində dolayısı ilə rəhbər və mühasib arasında ziddiyyətlər yaranır. Amma burada vergi orqanının günahı yoxdur. Bəlkə rəhbərlərimiz yaxşı liderlik eliyə bilmirlər?” – M.Babayev söyləyib.

Qeyd edək ki, "Vergi və Mühasibatlıq Zirvəsi 2023" Forumunun media tərəfdaşlarından biri Fins.az xəbər portalıdır.

Fuad Mədətov
Fins.Az