Azərbaycan bu ilin yanvar ayında 2 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon dollar azdır.
Hesabat dövründə Azərbaycanın mis və ondan hazırlanan məmulatlarının idxalı 2 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 1,4 milyon dollar çoxdur. Bu dövrdə mis və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0,15%-ni, ixracı isə ümumi ixracın 0,11%-ni təşkil edib.