Adətən şirkətlərə və yaxud da fərdi olaraq, sahibkarlara, həmçinin mühasiblərə rəsmi şəkildə məktublar göndərilir ki, bunun da mətnində analşılmazlıqlar olur. Xüsusilə mühasiblər məktubun mıətninin izahında əziyyət çəkirlər.
Fins.az-ın məlumatına görə, məsələ bağlı ötən gün Bakıda “Rəqəmlərin ritmi” şüarı ilə 500 nəfərin iştirakı ilə keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi" Forumunda söhbət açılıb. Qeyd olunun məsələyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov aydınlıq gətirib. O, mühasiblərin uğursuz məktublar məsələ ilə bağlı çox əziyyət çəkmələrindən xəbərdar olduqlarını biuldirib.
“Mühasiblər, sahibkarlar uğursuz məktubları anlamırlar və yaxud həmin uğursuz mətnləri fərqləndirə bilmirlər. Araşdırma zamanı müşahidə etdik ki, bir çox hallarda mühasiblərə, sahibkarlara uğursuz mətnləri izah etdikdə, onlar bunun məğzini anlayırlar. Təbii ki, bununla bağlı işlər görülür. Uğursuz məktublarda sətirlərin sayı çox və bəyənnamənin sətirlərinə istinadlar olur. Biz onları mənfəət bəyannaməsində hansı sətirdə hansı rəqəmi göstərməklə və yaxud da hansı şəkildə qeyd olunub, o cümlədən hansı rəqəm və qeyd olunanlar nədən ibarət olmalıdır. Düşünürük ki, bu, mühasiblər üçün daha rahat olacaq və yaxın bir zamanda tətbiq olunacaq.” – S.Qəhrəmanov söyləyib.
"Vergi və Mühasibatlıq Zirvəsi 2023" Forumunun media tərəfdaşlarından biri Fins.az xəbər portalıdır.
Fuad Mədətov
Fins.Az